Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclik Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklifini qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.
Bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O qeyd edib ki, dünən Azərbaycanın İsmayıllı rayonunun Basqal qəsəbəsində Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yığıncağı keçirilib. Toplantıda Türk Dövlətləri Təşkilatının təşəbbüsləri nəzərdən keçirilib, qarşıdakı fəaliyyət proqramı açıqlanıb və Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclik Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklifi razılaşdırılıb.