top
Təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu da evə yazıldı
19 fevral 2025, 03:00
- +

Təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu da evə yazıldı

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və ölkəmizə gətirilərək “Yeni Klinika”ya yerləşdirilən şəxslərdən sonuncu pasiyent də xəstəxanadan buraxılıb.

Cenublu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, “Yeni Klinika”nın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan qadının vəziyyəti qənaətbəxş hesab edilib:

“Bununla belə pasiyentin tibbi reabilitasiyaya ehtiyacı olduğu nəzərə alınaraq, müalicəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində davam etdirilməsinə qərar verilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl “Yeni Klinika”dan Tibbi Reabilitasiya Mərkəzinə təxliyə edilən, orada müalicə alan digər iki nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Bir müddət əvvəl öz istəyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına köçürülən şəxs də bu gün ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edilib ki, ambulator müalicə üçün evə yazılan hər bir şəxsin sağlamlıq durumu yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
Bu gün, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
Bu gün, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
Bu gün, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
Bu gün, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Bütün xəbərlər
Bu gün, 10:45

Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb

Bütün xəbərlər
Bu gün, 10:15

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bütün xəbərlər
Bu gün, 09:46

Cəlilabadda qədim ocaq yerləri aşkarlandı

Kriminal
Bu gün, 09:07

"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
19 sentyabr 2026, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
19 sentyabr 2026, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
19 sentyabr 2026, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
19 sentyabr 2026, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Oxşar xəbərlər