top
Tank komandirinin həyat yoldaşına son telefon zəngi: Narahat olma, hər şey yaxşıdır...
18 sentyabr 2025, 05:45
- ↺ +

Tank komandirinin həyat yoldaşına son telefon zəngi: Narahat olma, hər şey yaxşıdır...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbiri zamanı canını Vətən uğrunda fəda edən igidlərimizdən biri də lənkəranlı şəhid Yusif Məmmədrza oğlu Xəlilovdur. Yusif Xəlilov Vətən torpaqlarının azadlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda böyük fədakarlıq nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, Yusif Xəlilov 18 il orduda şərəflə xidmət edib. O, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu, tank komandiri olub. Vətənini göz bəbəyi kimi qoruyub, lazım gəldikdə isə onun yolunda canından keçməyi özünə ən böyük şərəf sayıb.

Yusif 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib və ağır yaralanıb. Sağaldıqdan sonra yenidən hərbi xidmətə qayıdaraq tank komandiri kimi ordunun ön sıralarında Vətənin keşiyini qorumağa davam edib.

Şəhidimizin həyat yoldaşı Gülnar Xəlilova son görüşlərini gözyaşları ilə xatırlayır. Deyir ki, Yusifin şəhid olacağı heç ağlına gəlməzdi: “Ailə quranda Yusif hərbçi idi. Sentyabrın 19-da şəhid oldu. On beş gün ondan heç bir xəbər ala bilmədik. Yolunu ümidlə gözlədik, yaralı olduğunu düşündük. Lakin oktyabrın 5-də şəhid olduğunu söylədilər. Deyirdim, bəlkə yaralı gələr... Sanki şəhadətə ucalacağını öncədən hiss etmişdi. Sonuncu dəfə sentyabrın 18-də evə gəldi, bizimlə görüşüb getdi. Sentyabrın 19-da, saat 11-ə qalırdı, zəng edib dedi ki, “narahat olma, hər şey yaxşıdır...”. Uşaqları mənə tapşırıb vidalaşdı. Telefon danışığımızdan 2-3 saat sonra şəhid olub”.

Gülnar Xəlilova bildirir ki, Yusif hər zaman qayğıkeş ata, mehriban həyat yoldaşı olub: “O, həm ailəsinə bağlı idi, həm də Vətəninə. Evdə uşaqlara Vətən sevgisini aşılayırdı. Yusif ömrünü torpaq uğrunda fəda etdi, ona görə də adı, xatirəsi əbədi yaşayacaq”.

Şəhidimizin qızları Dəniz və Mələk atasını göz yaşları içində, amma böyük qürurla xatırlayırlar. Onların sözləri bir uşağın ata həsrətini, eyni zamanda, qürur duyğusunu əks etdirir. Deyirlər ki, ataları onlarla oynayır, gəzintiyə çıxarır, dərslərinə hazırlaşmağa kömək edərdi. Hər səhər məktəbə gedəndə onları yola salır, evə gələrkən gülərüzlə qarşılayardı. “Bizə həmişə deyirdi ki, yaxşı oxuyun, bilikli olun, Vətənə layiqli övlad kimi böyüyün. Atamız həm ata idi, həm də ən yaxın dostumuz. İndi onun səsi, gülüşü üçün çox darıxırıq. Amma bilirik ki, o, Vətən uğrunda canını qurban verib. Bizim üçün ən böyük qürur odur ki, qəhrəman bir atanın övladlarıyıq”, - deyə Dəniz vurğulayır.

Yusif Xəlilov döyüş meydanında misilsiz igidlik göstərib. O, son damla qanına qədər vuruşaraq Vətən torpaqlarının bütövlüyü naminə şəhadətə ucalıb. O, həmin əməliyyat zamanı şəhid olan və kimliyi sonradan müəyyən edilən 6 hərbçidən biridir.

Qeyd edək ki, Yusif Xəlilov Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər