top
Tanınmış jurnalist Vasif Səmədovun 75 illik yubileyidir
23 yanvar 2025, 01:37
- ↺ +

Tanınmış jurnalist Vasif Səmədovun 75 illik yubileyidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış jurnalist Vasif Səmədovun 75 illik yubileyidir

Bu gün Vasif Səmədovun doğum günüdür.

Vasif Səmədov 1950-ci il yanvarın 22-də Masallıda anadan olub. 1968-ci ildə Masallıda orta məktəbi bitirdikdən sonra Bakıya gəlib və burada "Azərbaycan pioneri" qəzetində ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin edilib. Həmin il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə təhsilini başa vurub.

Vasif Səmədov uzun illər "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində və SSRİ-nin məşhur media orqanlarında çalışıb. O, həmçinin "Oqonyok" jurnalının və "Literaturnaya qazeta"nın Mərkəzi Asiya və Qərbi Asiya üzrə müxbir bürosunun müdiri, "Kaspian-İzvestiya" beynəlxalq informasiya agentliyinin təsisçisi və direktoru olub. 1991-1995-ci illərdə Bakı şəhər sovetinin deputatı seçilib.

Jurnalistlik sahəsindəki fəaliyyəti ilə yanaşı, Vasif Səmədov "Oqonyok" jurnalının laureatı, "Araz" ali ədəbi mükafatı, "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatlarına layiq görülüb. Kütləvi informasiya vasitələrində uzun müddət səmərəli fəaliyyəti üçün Əməkdar jurnalist fəxri adı ilə təltif edilib.

Vasif Səmədov 2024-cü ilin aprel ayında vəfat edib. Onun "Vtorjenie", "Müdaxilə", "Təki vətən yaşasın", "Vətən üçün lazım gəlsə" və digər kitabları, həmçinin "Leyla Əliyeva: "Xocalıya ədalət!" adlı üçcildliyi geniş tanınıb. O, həm də yeni jurnalist nəslinin yetişməsində mühüm rol oynayıb.

Vasif Səmədovun böyük oğlu Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi, ortancıl oğlu Ramin Səmədov Moskva Polis Akademiyasının məzunudur, kiçik oğlu Hikmət Səmədov isə Fövqəladə Hallar Nazirliyində çalışır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər