Taleh Qaraşovun növbəti səyyar qəbul-görüşü Balıqçılar qəsəbəsində keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 sentyabr tarixində verir.
İcra başçısı ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə qəsəbə sakinlərinə məlumat verərək qeyd edib ki, hazırda ərazidə əmək qabiliyyətli 800 nəfərdən 767 nəfər əmək fəaliyyəti ilə məşğul olur.
Qeyd edək ki, görüşdə icra başçısı ilə birgə şəhər İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.