Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Viravul kəndinin sakinləri ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.
İcra başçısı ilə birgə səyyar qəbul-görüşdə İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Taleh Qaraşov ötən səyyar qəbul-görüşdə qaldırılan məsələlərin həlli vəziyyəti barədə yerli sakinlərə məlumat verib. Bildirilib ki, şəhər İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər həll edilib, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb, vətəndaşlara bununla bağlı müvafiq məlumatlar verilib.