Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Əbdülhəsən Həsənzadənin qardaşı Balasən Həsənovun toy şənliyində iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində verir.
Taleh Qaraşov yeni evlənən cütlüyə xoşbəxtlik arzulayıb, şəhidin ailə üzvlərinə xeyir-dua verib. Şəhid atası Mirzə Həsənov da öz növbəsində diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Sonda şəhid ailələri ilə birgə xatirə şəkli çəkdirilib.