Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Vüsal Hüseynovun qardaşının toy şənliyində iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.
Toy mərasimində şəhid atası Hüseynov Yəhya icra başçısını ailə üzvlərindən biri olaraq qəbul etdiklərini bildirib. Həmçinin İlham Əliyevin şəhid ailələrinə qayğı və diqqətini hər zaman hiss etdiklərini bildirən şəhid atası onlara minnətdarlıqlarını ifadə edib.
Qeyd edək ki, şəhid V.Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.