Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Qalib Nurizadənin məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 dekabr tarixində verir.
Ziyarətdə icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri
düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, şəhid Qalib Nurizadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.