Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Mamusta kənd inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş-qəbulu keçirəcək.
Cenublu.az Lənkəran ŞİH-ə istinadən xəbər verir ki, görüş dekabrın 11-i saat 10:00-da Mamusta kəndi “Kral” şadlıq sarayında baş tutacaq.