Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Osakücə kənd inzibati ərazisinin sakinləri ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.
Səyyar qəbulda İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. Qəbul-görüşdə iştirak edən Osakücə, Pambəyi, Tatoba, Sinovli, Moloja və Haftaruon kəndlərinin sakinləri onları narahat edən məsələlərlə bağlı birbaşa icra başçısına müraciət ediblər.