Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.
İcra başçısı şəhərin Heydər Əliyev prospekti və akademik Zərifə Əliyeva, 78/5, Qala Xiyabanı, M.M.Axund küçələrində aparılan abadlıq-təmir işlərinə baxış keçirib.
Qeyd edək ki, sözügedən ərazilərdə sıradan çıxmış səki daşlarının yeniləri ilə əvəzlənməsi, səkilərə yeni tamet plitələrin vurulması, bordürlərin düzülməsi, yolboyu hasarların emulsiya ilə rənglənməsi, habelə işıqlandırma ilə bağlı mövcud olan çatışmazlıqların aradan qaldırılması işləri aparılır.
Aparılan işlərin gedişi ilə tanış olan Taleh Qaraşov müvafiq tapşırıq və tövsiyələrini verib.