Masallı rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Tarverdiyev Kamal Allahverən oğlu dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində verir.
Belə ki, o, ötən gün axşam saatlarında vəfat edib.
Qeyd edək ki, Kamal Tarverdiyev uzun müddət Sığdaş kənd tam orta məktəbində müəllim və məktəb direktoru kimi fəaliyyət göstərib.