"Təbəssüm yarat" layihəsinin "Kənd məktəblərinə yardım" kampaniyasının iştirakçıları Yardımlının Şıxhüseynli kənd məktəbində olublar.
Dəniz səviyyəsindən 2480 metr hündürlükdə yerləşən bu kəndin məktəbində 42 şagird oxuyur.
Onların hər birinə qış geyimləri, ayaqqabılar, kitablar və məktəb ləvazimatları ilə dolu çantalar hədiyyə edilib.