top
Sumqayıt Dövlət Universitetinə əslən Masallıdan olan Rüfət Əzizov rektor təyin olunub
14 sentyabr 2023, 00:54
- ↺ +

Sumqayıt Dövlət Universitetinə əslən Masallıdan olan Rüfət Əzizov rektor təyin olunub

Əslən Masallının Ərkivan qəsəbəsindən olan Rüfət Əzizov Prezident İlham Əliyevin Sərəncamına əsasən, Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 sentyabr tarixində Metbuat.az-a istinadən verir.

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunub və 2003-cü ildə bitirib. Həmin universitetdə aspirantura təhsilinə davam edərək 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi (PhD) elmi dərəcəsini alıb. 2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub (Chartered Scientist). ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2014-2016 illərdə ADA və Maastricht universitetlərinin birgə MBA proqramını, 2018-2020-ci illərdə isə Oksford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi üzrə Executive MBA proqramını bitirib.

Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak edib. Onlardan Kornell Universiteti - ali idarəetmə, Corc Vaşinqton Universiteti - layihələrin idarə olunması və Oksford Universiteti - süni intellekt proqramını qeyd etmək olar.

Bakı Ali Neft Məktəbinin MBA proqramı, kimya mühəndisliyi magistratura proqramında, eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. Amerikan brendi olan “Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. Müxtəlif illərdə IJSO, ISEF və digər beynəlxalq elm yarışmalarında münsif olaraq iştirak edib. 2005-2011-ci illərdə BP Exploration LTD-də, 2012-ci ildən isə “Unimetal” MMC-də çalışıb. O, 2021-ci ildən son təyinatınadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.

R.Əzizovun babası Məhərrəm Əzizov Ərkivan qəsəbəsində (İsoba məhəlləsi) anadan olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Dünən, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Dünən, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Dünən, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
30 sentyabr 2026, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
30 sentyabr 2026, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
30 sentyabr 2026, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
30 sentyabr 2026, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
30 sentyabr 2026, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
30 sentyabr 2026, 14:30

İgid şəhidimizin anım günüdür

Oxşar xəbərlər