top
Sərxoş vəziyyətdə 102-yə zəng edən kişi həbs edilib
06 noyabr 2023, 02:36
- ↺ +

Sərxoş vəziyyətdə 102-yə zəng edən kişi həbs edilib

Bakıda Daxili İşlər Nazirliyinin (DİN) 102 Xidmətinə zəng edərək, gəlib binanı partladacağını deyən şəxs həbs edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində Qaynarinfo-ya istinadən verir.

Belə ki, 65 yaşlı Lənkəranda anadan olmuş Elçin Əliyevin (şərti) həyat yoldaşı və qızı Xədicə bir müddət əvvəl evdən çıxaraq geri dönməyiblər. Elçin Əliyev bu barədə polisə məlumat verib, amma Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində aparılan araşdırmadan narazı qalıb. Bu səbəbdən 102 Xidmətinə qurumun inzibati binasına zəng edərək, gəlib binanı partladacağını deyib.

Elçin Əliyev saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib.

Elçin Əliyev məhkəmədə ifadəsində sərxoş vəziyyətdə 102 Xidmətinə zəng edərək hədə-qorxu gəldiyini etiraf edib. Buna səbəb kimi son dövrlər yaşadığı ailə problemlərini göstərib. Polis bölməsinə dəvət edilən zaman içkinin təsirindən özündə olmadığını və polis əməkdaşları ilə mübahisə edərək, tabesizlik göstərdiyini bildirib. Əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini deyərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Elçin Əliyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 15 gün müddətinə həbs edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Dünən, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Dünən, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Dünən, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Dünən, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 10:55

Cəlilabad kəndində təhlükəli mənzərə: elektrik naqilləri yerə düşüb - VİDEO

Kriminal
Dünən, 10:20

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Bütün xəbərlər
Dünən, 09:40

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:05

Lənkəranın 6 kəndində qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
29 sentyabr 2026, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
29 sentyabr 2026, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
29 sentyabr 2026, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
29 sentyabr 2026, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
29 sentyabr 2026, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
29 sentyabr 2026, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Oxşar xəbərlər