Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər sərhəd pozucusu saxlanılıb.
Cenublu.az Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmək məqsədilə qaçaqmalçılıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri həyata keçirilib.
Nəticədə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində İİR vətəndaşları – 20 yaşlı Rayenzadə Muhemmedrza Əli və 16 yaşlı Mikayıllı Yeganə Nehmətulla saxlanılıblar.