Masallı rayonunda “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüş təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.
Görüş 14 fevral tarixində saat 12:00-13:00 aralığında Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada sahibkarlar problem və təkliflərini açıq şəkildə bildirə bilərlər.
Aksiya SOCAR “Azəriqaz” İB-nin İqtisadiyyat KOBİA nümayəndəsinin iştirakı ilə keçiriləcək.