top
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb
28 sentyabr 2026, 13:35
- ↺ +

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı avqust ayının sonunda 22 milyon 974 minə çatıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstərici iyul ayının sonu ilə müqayisədə 189 min ədəd və ya təxminən 0,8 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə dövriyyədə olan ödəniş kartlarının sayı 8,7 faiz çoxalıb.

Kartların strukturunda da dəyişiklik müşahidə olunub. Belə ki, debet kartlarının sayı illik müqayisədə 10,2 faiz artıb, kredit kartlarının sayı isə 4,3 faiz azalıb.

Nağdsız ödənişlərdə də artım davam edib. 2026-cı ilin avqust ayında ödəniş kartları vasitəsilə ölkədaxili nağdsız əməliyyatların həcmi 8 milyard 888 milyon manat təşkil edib.

Bu məbləğin 7 milyard 682 milyon manatı elektron ticarətin, 1 milyard 204 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.

İlin əvvəlindən ölkədaxili kart əməliyyatları çərçivəsində nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artıb. Nağdsız əməliyyatların payı ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

Ödəniş infrastrukturu üzrə də artım qeydə alınıb. Ötən ilin avqust ayının sonu ilə müqayisədə Azərbaycanda bankomatların sayı 3,8 faiz artıb. Bununla yanaşı, POS-terminalların sayı 7 faiz azalıb.

Ödəniş kartlarının sayının artması fonunda bankların eyni məhsul üzrə müştərilərə təqdim etdiyi əlavə kartlarla bağlı yanaşma da gündəmdədir. Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, əməkhaqqı, pensiya və digər sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesabına bağlı kartlar və depozit hesablarına bağlı kartlar istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.

ABA qeyd edib ki, müştərinin əlavə kartdan istifadə məqsədini əsaslandırdığı və əməliyyatların qanuni xarakter daşıdığı hallarda banklar əlavə ödəniş kartlarının verilməsini təmin edə bilərlər.
Assosiasiyanın bildirdiyinə görə, bu yanaşmanın məqsədi müştərilərin ödəniş imkanlarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunması və təhlükəsiz ödəniş ekosisteminin formalaşdırılmasıdır.

Mənbə: trend

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin xronikası: 11 oktyabr

Kriminal
Dünən, 17:02

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Bütün xəbərlər
Dünən, 16:04

Zəfərdən bir gün sonra şəhid olan lənkəranlı Şuşa fatehi

Bütün xəbərlər
Dünən, 14:47

Salyanda "Mercedes"lə qatar toqquşdu

Bütün xəbərlər
Dünən, 13:10

Lənkəranda dolu və güclü külək: aşan ağaclar evlərə ziyan vurub

Bütün xəbərlər
Dünən, 12:03

Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:11

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:03

Lənkərana dolu düşüb – Ağaclar aşıb

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 18:00

Lənkəranda qurumuş ağac təhlükə saçır - VİDEO

Bütün xəbərlər
09 oktyabr 2026, 17:27

Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:30

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Bütün xəbərlər
09 oktyabr 2026, 15:15

Şagirdlər məktəbdə hazırladıqları qidadan ZƏHƏRLƏNDİLƏR

Bütün xəbərlər
09 oktyabr 2026, 14:40

Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
09 oktyabr 2026, 13:35

ADY-dən yükdaşımalarla bağlı açıqlama

Kriminal
09 oktyabr 2026, 13:00

Masallıda borcunu istəyəni döyüb, qulaq pərdəsini deşdi

Bütün xəbərlər
09 oktyabr 2026, 12:25

Lənkəranda "Vətənə fəda olmuş sevgilər" bədii kompozisiyası təqdim olunacaq

Bütün xəbərlər
09 oktyabr 2026, 11:45

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Bütün xəbərlər
09 oktyabr 2026, 11:10

Masallıda kəndin qaz təchizatında fasilə yaranacaq

Kriminal
09 oktyabr 2026, 10:30

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

İqtisadiyyat
09 oktyabr 2026, 09:50

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Bütün xəbərlər
09 oktyabr 2026, 09:17

Astaralı şəhidimizin anım günüdür

Oxşar xəbərlər