Lənkəran şəhəri Nizami Gəncəvi küçəsi, 28 və 30 ünvanında yerləşən evlərin sakinləri su bərələrinin tutulması ilə bağlı şikayət ediblər.
Şikayətçilərin Cenublu.az -a verdiyi məlumata görə, nəticədə yağış zamanı su həyətlərə yönələrək evlərin altına dolur. Köhnə tikililərdə yaşayan sakinlər suyun evlərin bünövrəsinə təsir etdiyini və vəziyyətin ciddi təhlükə yarada biləcəyindən narahat olduqlarını bildirirlər.
Vətəndaşlar həmçinin ərazidə yaranan üfunətdən evdə qalmağın çətinləşdiyini, bərələrin uzun müddətdir təmizlənmədiyini qeyd edirlər.
Sakinlər problemin tezliklə aradan qaldırılması üçün aidiyyəti qurumlardan kömək istəyirlər.