top
Sağlamlıq hər kəsin haqqıdır? – Ucqarlarda unudulmuş həqiqət…
15 yanvar 2025, 05:03
- ↺ +

Sağlamlıq hər kəsin haqqıdır? – Ucqarlarda unudulmuş həqiqət…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkənin ucqar rayonlarında həkim tapmaq artıq sağlamlıqla bağlı bir ehtiyac deyil, sanki kənd həyatının ənənəvi məşğulluğuna, qədim oyun növlərindən birinə çevrilib. “Doktor, doktor, haradasan?” oyunu səhər tezdən başlayır və kənd sakinləri bütün bacarıqlarını səfərbər etməklə yarışa qoşulurlar. Qalibi tapılmayan bu oyunun finalı isə çox zaman eyni sonluqla bitir. Uzun mübarizə nəticəsində əlaqə vasitəsi tapdıqdan sonra ya həkimə zəng çatmır, ya da ümidləri puç edən cavab gəlir: “Mən artıq Bakıya köçmüşəm”.

Kənddə təsadüfən bir həkim tapılarsa, o artıq kəndin “ulduzuna” çevrilir. Bütün peşəkarlığını ortaya qoyan həkimin bacarıqları sərhədləri aşır: doğum, cərrah, diş çəkilməsi və sair – hamısı onların fəaliyyətində zirvə nöqtəsidir. Bu həkimlərə müasir avadanlıqlarla təchiz olunmuş klinikalar, xəstəxanalar da lazım deyil. Xalq təbabətindən eşitdikləri və biraz güclü hissetmə qabiliyyəti bəs edir ki, diaqnoz qoysunlar, bütün xəstəliklər barədə fikir bildirsinlər. “Bizim həkim hər dərdin dərmanıdır” ifadəsi ucqar kəndlərin şüarlarındandır.

Həkimsiz qalan kənd xəstəxanaları isə tamam başqa bir aləmdir. Buraya daxil olarkən qarşında vaxtilə işləyən tibbi avadanlıqlar və tozlanmış dərman şüşələri ilə dolu nostalji mənzərə açılır. Divarlardan asılmış qədim tibbi aforizmlər isə adama “müalicə bəlkə də bu sitatların arasında gizlənib” hissini verir. Üstəlik, tibbi personal çatışmazlığı səbəbindən bu xəstəxanalar bəzən “qapalı tamaşalara” bənzəyir – nə tamaşaçı var, nə də aktyor.

Amma kənd camaatı hər şərtlərdə nikbindir. “Allah böyükdür, sağaldar” prinsipi ilə yaşayıb xəstəlikləri Allaha tapşırırlar.

Bəs həkimlər niyə ucqar kəndlərə gəlmək istəmir? Ucqar kənd sakinləri, hətta ucqar olmayan kəndlərin sakinləri nə üçün dərdlərinə çarəni Bakıda axtarmalı olurlar?

Dünya təcrübəsində bu problem çoxdan həll edilib. Qazaxıstanda mobil klinikalar kəndləri gəzir, Gürcüstan kənddə işləyən həkimlərə xüsusi imtiyazlar verir. Bizdə isə “mobil klinika” anlayışı kəndin ağsaqqalının öz maşını ilə xəstəni rayon mərkəzinə aparmasıdır.

Shimal.News məsələ ilə bağlı professor Adil Qeybullanın fikirlərini də öyrənib.

Professorun sözlərinə görə, həkimlərin rayonlara getməsi üçün səhiyyə bir sistem şəklini almalıdır:

“Səhiyyənin səviyyəsi o vəziyyətə çatmalıdır ki, rayonlarla Bakı arasında xüsusi bir fərq olmasın. İnsanlar niyə Bakıya can atırlar? Çünki burada yaşam üçün sosial imkanlar çoxdur, rayonlarda isə məhduddur. Belə aşağı maaşla, məhdud şəraitlə adamlar rayona gedib hansı prinsiplə işləsinlər?! Burada mənəviyyat prinsipləri keçmir. Hesab edirəm ki, rayonlara göndərilən həkimlərin xüsusi stimulu olmalıdır”.

A.Qeybulla vurğulayır ki, ucqar ərazilərə göndərilən həkimlər dərhal yaşayış yeri ilə təmin olunmalıdır:

“Onlara yüksək maaş verilməli, 1 il stajı 1,5 il kimi hesablanmalı, müəyyən kommunal və sosial güzəştlər almalı, avtomobillə təmin olunmalıdırlar. Mütləqdir ki, rayonlarda işləyən şəxslər müəyyən parametrlərlə Bakıda fəaliyyət göstərən həkimlərdən üstün olmalıdırlar. Paralel olaraq səhiyyəni sistemə çevirmək lazımdır. Səhiyyə sistemə çevriləndə harada işləməyin bir önəmi olmayacaq. Nə qədər ki, sadalananlar yoxdur, Hippokrat andı ilə bu məsələlərin həlli mümkün deyil”.

TƏBİB-dən isə Shimal.News-a bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığının olduğunu təsdiqləyiblər:

“Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 17 min 92 həkim fəaliyyət göstərir. Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində qurum tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2129 nömrəli Fərmanının ikinci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib. Həmin Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minib. Sözügedən qayda ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu vahid formada tənzimlənəcək”.

Qurum bildirir ki, Quba-Xaçmaz tibbi ərazi bölməsi (TƏB) üzrə fəaliyyət göstərən tabeli tibb müəssisələrində ali tibb sahəsi üzrə kadr çatışmazlığı əsasən anestezioloq-reanimatoloq, nevropatoloq, ftiziatr, mama-ginekoloq, endokrinoloq, infeksionist və otorinolarinqoloq vəzifələri üzrə müşahidə olunur.

Sonda qeyd edək ki, sağlamlıq hər bir vətəndaşın fundamental haqqıdır və bu haqqın təmin edilməsi üçün yalnız nikbinliyə deyil, həmçinin dövlətin təsirli, uzunmüddətli və hərtərəfli həllərinə ehtiyac var. İnsanların yaşadığı yer fərqi qoyulmadan keyfiyyətli tibbi xidmətlərə çıxış hüququ təmin edilməli, xüsusilə ucqar ərazilərdə həkimlərin və tibbi infrastrukturların əlçatanlığı üçün ciddi addımlar atılmalıdır. Sağlam cəmiyyət isə yalnız hər bir üzvünün qayğısına qaldığı zaman formalaşa bilər.

 

Zaur Mirzə

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər