top
Sabirabadda DƏHŞƏT: 18 yaşlı oğlan 13 yaşlı qızı zorladı
30 dekabr 2024, 08:32
- ↺ +

Sabirabadda DƏHŞƏT: 18 yaşlı oğlan 13 yaşlı qızı zorladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadda 18 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə aparılıb.

Belə ki, 2006-cı il təvəllüdlü Tural Əliyev (ad şərtidir) Sabirabad rayonunda anadan olub. Tural Sabirabad rayon Mədəniyyət Mərkəzi nəzdində yerləşən “Hophopnamə” kitab klubunda 2011-ci il təvəllüdlü Zəhra Qasımova (ad şərtidir) ilə tanış olub. Zəhranın ailə üzvləri ilə münasibətinin pozulmasından istifadə edərək ona qarşı olan cinsi ehtirasını pozğun formada təmin edib. Ona müvəqqəti qalmaq üçün ev təşkil edəcəyini bildirib və aldadaraq, dostunun evinə gətirib. Zəhranı dostuna bacısı kimi təqdim edib. Gecə saatlarında qızın yatdığı otağa keçərək cinsi ehtirasını pozğun formada təmin etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib.

Sədi Əliyev Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Tural Əliyev özünü ittiham üzrə tam təqsirli bilib. O, ifadəsində göstərib ki, Zəhra ilə aralarında heç bir ciddi yaxınlıq olmayıb:

“Sabirabad Mədəniyyət evində keçirilən bayram tədbirlərində animator kimi çıxış edirdim. Mütəmadi olaraq “Hophopnamə” kitab mərkəzində də olurdum. Zəhra ilə ilk dəfə 2024-cü ildə keçirilən Yeni il tədbirində tanış oldum. Bu ilin may ayında dostum Elmir konsert proqramında səsləndirmə üçün bir nəfər tapmağımı xahiş etdi. Mən də Zəhranı tövsiyə etdim. Qıza yaxınlaşıb söhbət etdim, sonra onun mobil telefon nömrəsini aldım.

Zəhra ailəsi ilə problem yaşayırdı. Məndən ailəsi ilə qalmaq istəmədiyi üçün ona ev tapmağımı istədi. Dostum Məhəmmədlə danışıb, qonağım üçün ev tapmaq lazım olduğunu dedim. Ev tapıldıqdan sonra qızla birlikdə gedib baxdıq. Zəhra evdə qalmağa razılıq verdi. Evə girəndə o, tək qalmaq istəmədiyini və onunla qalmağımı xahiş etdi. İşə gedəcəyim üçün qala bilmədim. İyunun 4-ü gecə Zəhra mənə yazıb dedi ki, evdən çıxıb. Gedib onu götürdüm və Məhəmmədin evinə getdik. Həmin gecə qızla ayrı-ayrı otaqlarda qaldıq. Gecə yarısı Zəhranın ağladığını görüb yanına getdim. Onun əlindən tutub, bir dəfə öpdüm. Aramızda başqa heç bir yaxınlıq olmayıb. Səhəri gün Zəhranı yola saldıqdan sonra anasının qızının qaçırılması barədə şikayət etdiyini öyrəndim”.

Məhkəmə baxışında Zəhra Qasımova zərərçəkmiş şəxs qismində dindirilib. O, ifadəsində göstərib ki, Turalla “Qış nağılı” adlı tədbirdə tanış olub:

“Bu ilin mart ayında “Hophopnamə” kitab klubuna getdim. Bir nəfər şəxs yaxınlaşıb Turalın mənə məlumatları atacağını və həmin yazını əzbərləyib səsləndirməyimi istədi. Bu vaxt bacımın nömrəsini Turala verdim. Axşam o, həmin nömrəyə məlumatları atdı. Bir neçə gün sonra Tural rəfiqəm Rahiləyə “İnstagram” hesabından yazaraq mənim şəxsi səhifəmi istədi. Rahilə onun bu istəyini rədd edib. Apreldə öz nömrəmlə Turala yazdım və həmin tarixdən mütəmadi yazışmağa başladıq. Lakin yazışmalarımız ancaq səsləndirmə ilə bağlı idi. İntim söhbət olmadı.

Bir gün anam Turalın nömrəsini məndə gördüyü üçün telefonu əlimdən aldı. Kitab klubunda Tural mənə yaxınlaşıb xoş sözlər deməyə başladı. Mən də anamla dalaşdığımı, telefonumu əlimdən aldığını dedim. Tural da ev tapacağını bildirdi. Mən də onu yola vermək üçün “yaxşı” dedim. Sonra Tural ev tapdı. Məni götürüb həmin evə apardı. Gecə mənim otağıma gəlib, məcburi cinsi əlaqədə oldu. Ona qarşı gələ bilmədim”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə hadisədə təqsirləndirilən Tural Əliyev 16 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər