top
Respublika olimpiadasında uğur qazanan cənublular danışdılar
22 yanvar 2025, 05:21
- ↺ +

Respublika olimpiadasında uğur qazanan cənublular danışdılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin 945 şagirdi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Onların 9-u olimpiadanın rayon (şəhər) turunda 100 faizlik nəticə göstərib. 

Muallim.edu.az şagirdlərin bir neçəsi ilə həmsöhbət olub.

Olimpiadada informatika fənnindən region üzrə maksimum nəticə göstərən məktəblidən biri 11-ci sinif şagirdidir. Əliyyiəkbər Şirinli B.Əliyev adına Lənkəran rayon Xolmili kənd tam orta məktəbində təhsil alır. 

Onun sözlərinə görə, bu, fənn olimpiadasında üçüncü cəhdinin nəticəsidir: “Keçən ildən olimpiadalara ciddi hazırlaşmağa başlamışam. Daha əvvəl müxtəlif yarışların qalibi, 2024-cü ildə Asiya Pasifik İnformatika Olimpiadasının iştirakçısı olmuşam. Olimpiadalara hazırlaşmazdan əvvəl müəyyən proqramlaşdırma dilləri ilə oyunlar yaradırdım. 9 illik təhsilimi aldığım Ə.Nəsirov adına Lənkəran rayonu Tütəpeştə kənd ümumi orta məktəbinin direktoru Rövşən Əliyev mənə olimpiadalar barədə məlumat verdi. Məni qeydiyyatdan keçirsə də, iştirak etməyə çox həvəsli deyildim. Həmin zaman - 2023-2024-cü tədris ilində yarımfinalda kəsildikdə özümə söz verdim ki, qalib olacağam. İnformatika üzrə olimpiadada qalib gəlmək üçün həm də güclü riyaziyyat bilikləri tələb olunur, buna görə müəllimim Minayə Rəhmanovaya borcluyam. Olimpiadalara hazırlaşarkən ailəm mənə çox dəstək oldu, amma ən böyük dəstəyi bacım verirdi. Yadımdadır, onlayn yarışlarda sualları həll edə bilməyəndə mənə motivasiya verirdi və qoymurdu ki, ruhdan düşüm. Əlavə olaraq, boş zamanlarımda data struktur və alqoritmlər üzrə müəllimlik etməyi çox xoşlayıram. İnformatika üzrə olimpiadaya hazırlaşmağa kömək etdiyim 2 şagirddən biri bürünc, digəri gümüş medal alıb. Fikrimcə, riyaziyyatı daha yaxşı oxumalıyam, bu, mənə gələcəkdə çox lazım olacaq. Öz yaşıdlarıma da tövsiyə edərdim ki, istənilən işdə dürüst olsunlar. Səhvlər həmişə olur, əsas onların öhdəsindən necə gəldiyimizdir”.

İnformatika üzrə 100 faiz nəticə göstərənlərdən biri Lənkəran rayonu Şürük kənd tam orta məktəbinin X sinif şagirdi Vüqar Əliyevdir:

“Respublika fənn olimpiadasında bu il ilk dəfə iştirak edirəm. Məktəbdə aldığım təhsil olimpiadada uğurlu nəticə göstərməyim üçün möhkəm təməl yaradıb. Nailiyyətlərimə görə, ilk növbədə, məktəbimizin direktoruna və dəyərli müəllimlərimə təşəkkür edirəm. Onların dəstəyi mənə həmişə güc verib. İnformasiya texnologiyaları sahəsinə böyük maraq göstərirəm. Valideynlərim və müəllimlərim hər zaman mənə inanır və dəstək olurlar. Çalışacağam ki, onların ümidlərini doğruldum”.

İnformatika üzrə maksimum nəticə göstərən növbəti müsahibimiz Lənkəran rayonu Ə.R.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbinin VIII sinif şagirdi Yusif Əlizadədir: 

“Bu, mənim ilk cəhdim idi və uğurlu oldu. İndiyə kimi olimpiadada iştirak etməmişəm, amma hər zaman iştirak edən məktəbli yoldaşlarımdan onunla bağlı məlumatlar alır, suallar barədə müzakirələr aparırdıq. Oxuduğum məktəbdə şagirdlərin sınaq imtahanlarında, olimpiadalarda yüksək nəticələr əldə etməsində müəllimlərimizin rolu böyükdür. Üzərimdə valideynlərimlə yanaşı, müəllimlərimin də zəhməti çoxdur. Məktəbimizin informatika və ingilis dili müəllimlərinin əməyi çoxdur. Olimpiadada iştirak etməyimin və bu sahəyə marağımın əsas səbəbkarları məktəbimizin məzunları Əli Qurbanzadə və Əliyyiəkbəri Şirinlidir. Yaşıdlarıma yalnız oxumağı və mükəmməl biliyə sahib olmağı tövsiyə edərdim”.  

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər