top
Rektor təyin olunan Rüfət Əzizov kimdir? - DOSYE
03 fevral 2025, 06:35
- ↺ +

Rektor təyin olunan Rüfət Əzizov kimdir? - DOSYE

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

 Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 Rüfət Əzizovun tərcümeyi-halını təqdim edirik:

O 1980-ci il aprelin 7-də Bakı şəhərində anadan olub. Əslən Masallı rayonundandır.

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olmuş və 2003-cü ildə məzun olmuşdur.

 Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb. 

 2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub (Chartered Scientist).

 2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib. 

 Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak etmişdir - onlardan Cornell Universiteti Ali İdarəetmə, George Washington Universiteti Layihələrin İdarə olunması və Oxford Universiteti Süni İntellekt Proqramını qeyd etmək olar.

 Rüfət Əzizovun iş təcrübəsi  biotexnologiya, kimyəvi kataliz, pedaqogika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir. 

 2 il (2003-2005) Lomonosov adına MDU-da elmi işçı vəzifəsində çalışaraq,  biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib.

 8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb.

 2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə "BP-də İlin Mühəndisi” Mükafatına layiq görülüb. 

 2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal - Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib.

 2019-cu ildə Earnst & Young "İlin İş Adamı” müsabiqəsində Sosial Təsir nominasiyası üzrə qalib olub. 

 7 yanvar 2021-ci ildə Emin Əmrullayevin əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

 13 sentyabr 2023-cü ildə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

 Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. 

 Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. 

 "Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. 

 Müxtəlif illərdə təhsil və elmlə bağlı IJSO, ISEF və digər beynəlxalq yarışların juri üzvü qismində iştirak edib.

 Ailəlidir. 2 övladı var.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər