Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Privolnoye kəndində yenidən qurulan parkın açılışına qatılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 dekabr tarixində verir.
Yenidən qurulan parkda şəhidlərin xatirələrinin əbədiləşdirilməsi üçün lövhənin, gecə işıqlandırılmasının, oturacaqların quraşdırılması həyata keçirilib, təmizlik və abadlıq işləri aparılıb.
Açılış mərasiminə, həmçinin aparatın məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları və kənd sakinləri cəlb olunublar.