Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 dekabr tarixində verir.
Cəlilabad şəhərində küçələrin asfaltlanma işləri ilə yanaşı, vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan ərazilərdə piyada səkilərinin tikintisi işləri görülür. Belə ki, Habil Məmmədov küçəsində 165 metr, Qüdrət İsmayılov küçəsində 230 metr asfaltlanma, Cavadxan küçəsində isə 1020 metr piyada səkisinin yenidənqurma işləri aparılır.
Görülən işlərə baxış keçirən rayon rəhbəri işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini verib.