Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov səyyar qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində quruma istinadən verir.
Görüş Əsədli kəndində baş tutub. Qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib və aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib.
Qeyd edək ki, keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
[caption id="attachment_47138" align="alignnone" width="336"]
Cəlilabad RİH[/caption]