top
Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” məxfiləşdirilib
04 yanvar 2025, 02:10
- ↺ +

Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” məxfiləşdirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” məxfiləşdirilib.

apa.az xəbər verir ki, bu barədə "ВЧК-ОГПУ" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfərinə baxmayaraq, əslində hərbçilərlə bağlı bütün istintaq hərəkətləri yerli 505 VSO-nun (Rusiya İstintaq Komitəsinin Çeçenistanda yerləşən 505-ci Hərbi İstintaq Şöbəsi) müstəntiqləri tərəfindən həyata keçirilir.

"Təyyarəyə raket zərbələri endirən “Pantsir” döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir. Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçerə və uçuş rəhbərinə sualları yoxdur.

Təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır. Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS sistemindən (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemidir. Bu, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) istifadə edilərək həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə olunur, lakin nədənsə, Qroznı hava limanında aparılan genişmiqyaslı yenidənqurma zamanı bu sistem sökülüb", - deyə Rusiya mənbəsi vurğulayıb.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər