top
Qocaman lənkəranlı şair: “Şairə ilham Allah tərəfindən verilməlidir” – ÖZƏL MÜSAHİBƏ
24 dekabr 2024, 06:30
- +

Qocaman lənkəranlı şair: “Şairə ilham Allah tərəfindən verilməlidir” – ÖZƏL MÜSAHİBƏ

Cenublu.az-ın bugünkü müsahibi şair Ziyafət Əkbərovdur.

Müsahibəni təqdim edirik:

- Ziyafət bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1952-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Bakı Politexnik Texnikumuna daxil olmuşam. Daha sonra 1971-1974-cü illərdə sovet ordusu sıralarında Hərbi Dəniz Donanmasında xidmət etmişəm. Müxtəlif işlərdə çalışmışam. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Təxəllüsüm Yəhyadır. “Qızıl Qələm” media mükafatı laureatı olmuşam. 2022-ci ildə Prezident təqaüdünə layiq görülmüşəm. 

- Bu yaxınlarda doğum gününüz olub. Bu münasibətlə sizi təbrik edirəm. Ömrünüzü necə qiymətləndirirsiniz?

- Bəli, bu günlərdə mənim doğum günüm oldu. Ailəm və dostlarımla birlikdə qeyd etdim. 72 yaşım tamam oldu. 60 və 70 illik yubileyim Lənkəran Dövlət Dram Teatrında dövlət səviyyəsində keçirilib.

Özümü müsbət qiymətləndirirəm. Şair ömrünü yaşayıram. Sadə peşə adamıyam və bu sadəliyim insanlar arasında məni sevdirib. Yaşadığım şəhərdə böyük hörmət qazanmışam. Hörmət qazanmaq elə insanın özünü qiymətləndirməyidir.

- Keçmiş günlər yəqin ki, yada düşür. Dünənə qayıtsaydınız nələr edərdiniz? Dünənizi bu gününüzə dəyişərdiniz?

- Keçmiş günlər əlbəttə ki, yada düşür. O günlər xatirələrlə zəngindir. Dünənə qayıtsaydım, yenə öz ömrümü yaşayardım. Nə etmişəmsə, edərdim. Ömür öz axarı ilə gedir. Dəyişmək lüzumsuz bir şeydir. Hər yaşın öz yaşantısı, özünəməxsus gözəlliyi var. Bu yaşa gəlib çıxmaq da mübarizədir. Dünənimi bu günümə dəyişmərəm. Dünənimdə bu gün olanlarım yox idi. Övladlarım, nəvələrim var. Onlarla keçirdiyim vaxt ömrümə stimul verir.

- Şeir yazmağa başladığınız ilk illərlə indiki dövrünüzdəki yanaşmalarınızda fərqlər varmı?

- Fərqlər əlbəttə ki, var. O dövrdə gənc idik. Yaradıcılıqda sanki mövzu darlığı var idi. Gənclik illərində əsasən sevgi ilə bağlı şeirlər yazılırdı. Yaradıcılıq rəngarəng olmalıdır. Mövzu darısqallığı olmamalıdır.

- Əvvəlki illərə qayıdaq. Yaradıcılığınıza necə başladınız və bu sahəyə olan marağınızın qaynağı nədir?

- Mənim yaradıcılığımda dəyişikliklər çoxdur. Orta məktəb illərindən yaradıcılığa başlamışam. Bu marağı məndə atam yaradıb. Ruhu şad olsun. Çünki atam Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Yeganə insan atam idi ki, gələcəkdə mənim şair olacağıma inanırdı. O dövrdə şeir yazanda insanda bir utancaqlıq olurdu. Yazdığım şeirləri gizlədirdim. Hərə bir şey deyirdi. Mənim bütün yazılarımı atam oxuyurdu. Əgər o yazılar pis də olsa, atam mənə ruh yüksəkliyi verirdi. Tərifləyirdi. Hərdən müəyyən nöqsanları mənə başa salırdı. 

- Şeir və ədəbiyyat bu gün hansı vəziyyətdədir? Fikrinizcə, bu sahədə hansı dəyişikliklər baş verməlidir?

- Mənə elə gəlir ki, şeir və ədəbiyyatın bugünkü vəziyyəti qənaətbəxş deyil. Gənclər kortəbii yaradıcılıqla məşğuldurlar. Şeiriyyatdan xəbərləri belə yoxdur. Ətraf olmalıdır. Azərbaycan ədəbiyyatına xidmət edən şair və yazıçılar çox azdır. Ədəbiyyata xidmət olmalıdır. Xidmət etdim və bəhrəsini də gördüm.

Şair anadangəlmə şairdir. Şairin yaradıcılığında qeyri-adi tablolar olur. Bədii ifadə vasitələrindən ustalıqla istifadə olunur. Şeir yazanlar elədir ki, qaydanı bildiyi üçün qafiyəyə uyğun sözləri sıralayır. Şairə ilham Allah tərəfindən verilməlidir. Özəl nəşriyyatda kitab çıxarırlar. Heç redaktə etmirlər. Arzum və istəyim odur ki, senzura olsun. Hər bir şeir bir əsərdir. Hər bir bənd göz önündə canlanmalı və tablolardan ibarət olmalıdır.

- Hər hansı bir yeni kitab, layihə üzərində çalışırsınızsa, bu barədə bizi məlumatlandıra bilərsiniz? Neçə kitabınız var?

- İki kitabım çap olunub. İlk kitabım, “İtkin düşən harayım” 1997-ci ildə, ikinci kitab isə 2019-cu ildə çap olunub. Adı “Tənhalığın nəfəsi”dir . Kitabın ön sözünü görkəmli akademik Nizami Cəfərov yazıb.

Yaradıcılıq davam edir. Yeni kitab olacaq. Amma növbəti dəfə nəsrdə özümü yoxlamaq istəyirəm. Bir povest yazmışam. Adı “Eşqin taleyi”dir. Bir serial var, adı “Sarı gəlin”dir. 120-130 epizod arasındadır. Əzmli bir teleserialdır. Yaxın aylarda işıq üzü görəcək.

- Yaradıcılığınızda hansı mövzulara daha çox diqqət yetirirsiniz?

- Fəlsəfi mövzulara daha çox üstünlük verirəm. Şeir düşünməlidir. Şeir oxunandan sonra hansısa bəndə qayıdılmırsa, o zaman zəif bir şeir olur. Hər sətri və bəndi yüklü olmalıdır.

- Yaşadığınız Lənkəranda sakinlərin şeirə, ədəbiyyata, kitaba marağı necədir?

- Lənkəranda yaşayan insanların şeirə, ədəbiyyata maraqları çox böyükdür. Yazarlarımızın yeni kitabları çapdan çıxır. Lənkəranda şeirə və sözə maraq çoxdur.

- Sizdən başqa ailədə yaradıcı ruhda olan şəxs varmı?

- Ailədə yaradıcı insanlar var. Haqq dünyasına qovuşan böyük qardaşım Hacı Yaşar Əkbərovun üç kitabı çapdan çıxıb. Qəzəllər kitabı var. Mənim qızım Lənkəran şəhər 10 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni müəllimidir. Onun da “Bir ovuc göz yaşı”  kitabı çapdan çıxıb. İstedad mənim atamdan gəlir.

- İndiki şairlərə nə demək istərdiniz?

- Məsuliyyətli olsunlar. Kortəbii şeirlər yazmasınlar. Təcrübəli şairlərə müraciət etsinlər. Yazılarını göstərsinlər. Gülünc vəziyyət yaranır. Şeir və poeziya nədir,  onu bilsinlər. Oxucunun bu gün nəyə ehtiyacı var, onu bilsinlər. Uğurlar arzu edirəm. Daha düşündürücü şeirlər yazsınlar. Sadə dildə yazsınlar. Hər kəs dərk edə bilsin.

 

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
Dünən, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
Dünən, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
Dünən, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
Dünən, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
Dünən, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
Dünən, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
Dünən, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Dünən, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər
Dünən, 10:49

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu

Bütün xəbərlər
Dünən, 10:09

"Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm..." – Şəhiddən qalan son foto

Bütün xəbərlər
Dünən, 09:29

19 yaşlı lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
21 sentyabr 2026, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
21 sentyabr 2026, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
21 sentyabr 2026, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
21 sentyabr 2026, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
21 sentyabr 2026, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
21 sentyabr 2026, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Oxşar xəbərlər