top
Qış tətilinə getmək istəyənlərin nəzərinə: Qiymətlər belədir – AÇIQLAMA
20 dekabr 2024, 23:30
- ↺ +

Qış tətilinə getmək istəyənlərin nəzərinə: Qiymətlər belədir – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qış turizmi artıq başlayıb. Bir çox ölkələrdə və bölgələrimizdə qış turizmi ilə bağlı müxtəlif tədbirlər, fəaliyyətlər həyata keçirilir. Dağ xizək mərkəzləri açılır, bəziləri isə qarlı yollar, dağlar və təbiət mənzərələri ilə ziyarətçiləri qarşılayır. Qış turizmi xizək, buz üzərində gəzinti, qar safari və digər qış idmanları ilə məşğul olmaq istəyən turistlər üçün cəlbedici olur.

Azərbaycanın da dağlıq ərazilərində qış turizmi inkişaf edir. Quba, Qusar, Şahdağ, Tufandağ və digər dağ kurortları qış mövsümündə xizək və digər fəaliyyətlərlə turistləri cəlb edir.

Bəs görəsən, əvvəlki illərə nisbətən vəziyyət necədir?

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, qış turizmi dekabrın ortasından açıq elan edilib:

“Coğrafi olaraq qış fəsli başlamış hesab olunur. Bununla əlaqədar hər il olduğu kimi yeni il ərəfəsində tətillər gözlənilir. Və insanlar tətil zamanı səyahətlərini planlayırlar. Bir qismi ölkə daxilinə, bir qismi isə xaricə üz tutur.

Ölkə daxilində də tələbatın yüksək olacağı gözlənilir. Bununla bağlı regiondakı otellər öz təkliflərini artıq veriblər. Biz qiymətlərin iki nəfər üçün iki gecə, üç gün qalmaqla, üç dəfə qidalanmaqla yeni il şənliyi daxil təxminən 1000-2500 manat arasında dəyişdiyini görürük. Bəzi regionlarda qiymətlər daha aşağıdır”.

C.Aşurov qeyd edib ki, Qusar və Qəbələ turistlərin daha çox üz tutduqları yerlərdir:

“Şamaxı, Lənkəran, Astarada turistlərin aktivliyi gözlənilir. Gəncə istiqamətini də əlavə etmək istərdim. Sürət qatarının olması turist sıxlığının nisbətən az olmasını, qiymətləri əlverişli edir. Bu qədim Nizami yurdunda turistlərin tələbatına cavab verəcək otellər, qalma yerləri və restoranlar mövcuddur.

Ümumi qiymətlər keçən ilkindən yuxarı deyil. Bunun da əsas səbəbi bu bazara hər il yeni təklif və yeni otellərin daxil olmasıdır ki, bu da qiymətlərin ciddi şəkildə qalxmasına imkan vermir. Ümumi götürdükdə bəzi qiymətləri bizim vətəndaşlar da haqlı olaraq yüksək hesab edir. Qiymətlərin qalxma səbəbi əsasən tələbatın yüksək olmasıdır. Bazarda bu qiymətlərin müştəriləri vardır”.

 

Nəzrin Vahid 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər