Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kəndində sakinlərlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.
Qəbulda rayonun hüquq-mühafizə orqanları, xidmət və təşkilatlarının rəhbərləri iştirak ediblər.
İcra başçısı kənd sakinlərinə növbədənkənar prezident seçkilərində fəal iştiraka və düzgün seçim etdiklərinə görə minnətdarlığını bildirib. Həmçinin qeyd olunub ki, son illər Siyaku nümayəndəliyinin ərazisində xeyli işlər görülüb.
Daha sonra sakinlər Vaqo-Binabəy yolunun asfaltlaşdırılmasına, ərazidə Təcili Tibbi Yardım məntəqəsinin və Yanğından Mühafizə məntəqəsinin yaradılmasına, Siyaku kəndinə qəsəbə statusunun verilməsinə, sahilbərkitmə işlərinin aparılmasına, məktəbin qarşısında sürət azaldılması üçün tramplin qoyulmasına, məhəlləyə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.