Saat 10:00-a olan məlumata əsasən hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yağan qarın hündürlüyü Lerikdə 71, Lənkəranda 29, Yardımlıda 28, Astarada 20, Biləsuvarda 16 və Cəlilabadda 11-dir.
Dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcəyədək şaxta qeydə alınıb.