Son günlər ölkə ərazisində davam edən qarlı hava şəraiti Region Liqasından da yan keçməyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 yanvar tarixində verir.
Belə ki, dünən V tur çərçivəsində Cəlilabad stadionunda keçiriləcək Cənub zonası üzrə bütün oyunlar təxirə salınıb. "Zəfər-44" - "Masallı" PFK, "Lənkəran" FK - "Qobustan" FK və "Ərkivan" (Masallı) - "Biləsuvar" FK oyunları hava şəraiti ilə əlaqədar olaraq baş tutmayıb.