top
Qarakənd terrorunda həlak olan yardımlılı millət vəkilinin xatirəsi yad edilir
19 noyabr 2024, 23:03
- ↺ +

Qarakənd terrorunda həlak olan yardımlılı millət vəkilinin xatirəsi yad edilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarakənd faciəsində həlak olmuş ictimai-siyasi xadim, ədəbiyyatşünas, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Hüseyn oğlu Məmmədovun anım günüdür.

O, 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olub və bu rayondakı orta məktəbdə təhsil almışdı. Anası Mina xanım almanəsilli, atası Hüseyn rayonunun Şiləvəngə kəndindən idi.

Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlayaraq Yardımlı Dövlət Bankında mühasib işləyib. Daha sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1947-1952).

Təhsilini başa vurduqdan sonra BDU-da rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışıb (1952-1953).

Vəli Məmmədov sonrakı əmək fəaliyyətində Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Azərbaycan KP MK-da təlimatçı, şöbə müdiri (1960-1963), Baş Siyasi Ədəbiyyat İdarəsinin rəisi (1963-1965), Azərbaycan KP MK-da elm və mədəniyyət şöbəsinin müdir müavini (1965-1966), Bakı şəhər partiya komitəsində ideologiya üzrə katibi (1966-1971), Siyasi Maarif Evinin müdiri, eyni zamanda Azərbaycan KP MK-da təbliğat və təşkilat şöbəsinin müdir müavini (1971-1988), Səbayel Rayon Partiya komitəsinin 1-ci katibi vəzifələrində işləyib.

Bununla belə, tələbəlik dövründən ədəbi fəaliyyətlə ardıcıl məşğul olmuşdur.

1991-ci il noyabrın 20-də Qarakənd səmasında Azərbaycanın bir qrup görkəmli dövlət xadimini Ağdama aparan helikopterin müəmmalı şəkildə partlaması nəticəsində indiki Səbail (o zamanlar 26 Bakı komissarı) rayon Partiya Komitəsinin birinci katibi olan Vəli Məmmədov faciəli şəkildə həyatını itirdi.

Vəli Məmmədovun gündəliyindən:                                                                                                                                 

“Mənim başımı Meydan ağartdı, Dağlıq Qarabağda ermənilərin başımıza gətirdiyi bəlalar ağartdı. 26-lar rayonunun (indiki Səbail) birinci katibi olana qədər də xalq hərəkatında iştirak edirdim. Hələ fevral hadisələri vaxtı (1988-ci ilin əvvəllərində) Siyasi Maarif evinin direktoru olsam da, bütün yığıncaqlara gəlirdim. Hətta bir dəfə Həsən Həsənov zarafatla dedi ki, “deyəsən, bu işlərdə sənin də əlin var, harada gurluq olarsa, sən ordasan”.            

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər