top
Qanunsuz quş ovu ilə məşğul olan Masallı sakinləri saxlanılıblar - VİDEO
28 yanvar 2025, 03:10
- ↺ +

Qanunsuz quş ovu ilə məşğul olan Masallı sakinləri saxlanılıblar - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə, dövlət qoruqlarında, su hövzələrində qanunsuz quş ovu və brakonyerliyə qarşı mübarizə davam etdirilir. 

Cenublu.az xəbər verir ki, su polislərinin sərhədçilərlə birgə Lənkəranda həyata keçirdikləri sonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallı rayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov, Orxan Kamilli və Sərdar Sadiqoğlu saxlanılıblar. Yoxlama zamanı onlardan 2 ədəd kiçik həcmli qeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı “Qırmızı Kitab”a düşən çöl quşları, 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı həmin şəxslərin ovçuluq biletlərinin olmadığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümünün başlanması ilə əlaqədar bildirilib ki, ov qaydalarının mövcud normativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir. Ov etmək istəyən şəxslərə ovlanmasına icazə verilən quşların siyahısı və normaları ilə bağlı məlumatlarla tanış olmaq tövsiyə edilir. Xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi isə qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər