top
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
15 noyabr 2025, 00:37
- ↺ +

Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə ittiham olunan Cəfər Bayramovun işi üzrə məhkəmə iclası başa çatıb.

İttihama görə, o, 2025-ci ilin martında tanışı Cəmilə Vəliyevanı aldadaraq, guya hüquq-mühafizə orqanlarının onların münasibətindən xəbərdar olduğunu deyib, qadında qorxu yaradıb. Daha sonra adına kredit götürməsini xahiş edib və pulu qaytaracağına dair yalan vədlərlə onun etibarından sui-istifadə edərək bankdan götürdüyü 1400 manatı ələ keçirib.

Eyni ayın sonunda isə digər tanışını — Arif Ələkbərovu rüsvayedici videoları yaymaqla hədələyib. Bu yolla ondan əvvəlcə 2000 manat, daha sonra 250 və 200 manat tələb edərək alıb.
Beləliklə, Cəfər Bayramov ümumilikdə 2850 manat məbləğində vəsaiti hədə-qorxu ilə ələ keçirib. Onun daha əvvəl də məhkumluğu olub.

Hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib: Cəfər Bayramov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək cəzasını ciddi rejimli müəssisədə çəkəcək.
Qeyd edək ki, adlar şərtidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər