top
Parazitlər Biləsuvarda arıçılara qənim kəsilib - VİDEO
15 noyabr 2024, 01:04
- ↺ +

Parazitlər Biləsuvarda arıçılara qənim kəsilib - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Parazitlər təsərrüfatlardakı yüzlərlə arıxanaları sıradan çıxararaq arıçılara xeyli ziyan vurub.

Cenublu.az-ın verdiyi xəbərə görə, son illər qlobal iqlim dəyişikliyi bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də arı ailələrində parazitlərin inkişafına səbəb olub. Bu mövsüm Biləsuvar rayonunda fərdi arıçılıq təsərrüfatlarına yol tapan “Varrua” və “Tropi-elapses” parazitləri arıçıların yüzlərlə arı ailəsini məhv edib. Mütəxəssislər bu virusun qısa vaxt ərzində ölkəni əhatə edəcəyindən narahatdırlar. Asiyadan qonşu ölkələrə ayaq açan bu parazitlər Dağıstan Respublikası ərazisindən şimal rayonlarına yayılmaqla cənuba doğru irəliləməkdədir.

Azərbaycan Arıçılar Assosiasiyasının Biləsuvar filialının sədri Hikmət Əliyev bildirir ki, hazırkı durumda arıları sözügedən zərərvericilərdən qismən də olsa, qorumaq üçün çıxış yolu var. Dərman preparatları ilə mümkün olmayan yeni mübarizə üsulu arı qutularında izolyator rolunu oynayan xüsusi  “ana arı” qəfəsciklərinin hazırlanmasıdır. “Yəni ana arı izolyatorda olur, işçi arılar ora girib çıxır, ana arıya qulluq edirlər. İstər “Varrua” olsun, istər “Tropi-elapses” sürfələrlə qidalanır və onların inkişafı dayanacaq, həndəsi silsilənin qabağı alınacaq və bal süzümündən sonra onlarla mücadilə aparmaq daha rahat olacaq”.

Assosiasiya sədrinin sözlərinə görə, sözügedən xəstəlikyayıcı parazitlərə görə ölkədə arıçılar təxminən  30 faizə yaxın arı itkisi ilə üzləşib və bu rəqəm getdikcə arta bilər. Buna görə də mübarizə tədbirləri davam etdirilməli və xaricdən uyğun kimyəvi preparatların gətirilməsinə şərait yaradılmalıdır.

Qeyd edək ki,  Biləsuvarda 116 fermer arıçılıqla məşğuldur və rayonda arı ailələrinin sayı  4468-ə çatıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Oxşar xəbərlər