top
Orda ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur deyən ifaçıya lənkəranlı kulturoloqdan cavab
17 iyul 2025, 06:52
- ↺ +

"Orda ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur" deyən ifaçıya lənkəranlı kulturoloqdan cavab

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış ifaçı, Əməkdar artist Zakir Əliyevin “Qonaqcanlı” verilişində səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. O, çıxışında kişilərin qadınlardan üstün olduğunu bildirib:

"Kişinin səsi zil çıxmalıdır. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur. Xanımlar özləri bilməlidirlər ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Ona görə də evdə kişinin səsi zildən çıxmalıdır. Əgər o həqiqi kişidirsə".

Əməkdar artistin bu fikirləri insanlar tərəfindən tənqid olunub. Məsələyə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, əslən Lənkərandan olan kulturoloq və yazıçı Aydın Xan Əbilov da münasibət bildirib.

O, musavat.com-a açıqlamasında Zakir Əliyevin sənətinə dərin hörmət bəslədiyini qeyd etsə də, bu cür çıxışların cəmiyyətdə mənfi təsir yarada biləcəyini vurğulayıb:

"Zakir müəllim bizim görkəmli sənətkarlarımızdan biridir. Səsi və sənəti ilə daim xalqın qəlbinə yol tapıb. Lakin bu gün səsləndirdiyi bəzi fikirlər cəmiyyətdə yanlış anlayışların yayılmasına səbəb ola bilər.

Bu cür patriarxal yanaşmalar artıq keçmişin mirasıdır və XXI əsrin çağırışları ilə uyğun gəlmir. Belə düşüncə tərzi artıq köhnəlib, XX əsrdə qalıb. Biz artıq innovasiya və informasiya dövründə yaşayırıq.

Artıq cinsiyyət, din, milliyyət, fiziki imkanlar və digər fərqlərə görə insanlara münasibət dəyişməlidir.

İnklüzivlik – irq, din, cinsiyyət, maddi vəziyyət və digər fərqlərə baxmayaraq, insana insan kimi yanaşmaqdır. Dünya buna doğru gedir, biz isə hələ də bir kişinin dörd arvadı ola biləcəyini müzakirə edirik. Qadınlar haqlı olaraq soruşur ki, bəs bir qadının dörd əri niyə olmur?"

Kulturoloq qadınların cəmiyyət içində ikinci plana keçirilməsinin artıq arxaik və təhlükəli bir yanaşma olduğunu vurğulayıb:

"Kişilər dominant olmalıdır – deyilir. Əgər belədirsə, dominantsansa, ev işlərini də et: qab yu, zibil at, yemək bişir, uşağa bax. Əgər hüquq bərabərliyindən danışırıqsa, bu həm də məsuliyyətin paylaşılmasıdır".

Əbilov qeyd edir ki, bu cür münasibətlər ailədaxili z0r@k!lığa, sosial gərginliyə və gender balansının pozulmasına səbəb olur:

"Statistik göstəricilərə də diqqət edək. Bu gün ali məktəblərdə təhsil alan 200 min tələbənin 160 mini qadındır. Yalnız 40 mini kişilərdir. Bu, artıq cəmiyyətdə kişilərin rolunun zəiflədiyini göstərir.

Qadınların səsini batırmaq istəyənlər anlamalıdırlar ki, bu səs başqa formada, daha güclü şəkildə qayıdacaq. Elə qayıdacaq ki, bu, cəmiyyətə zəlzələ effekti kimi təsir edəcək.

Gəlin bu məsələlərə daha ayıq başla baxaq. Qlobal tendensiyaları, insan hüquqlarını, bərabərlik prinsipini nəzərə alaraq düşünək, danışaq, yaşayaq. Əks halda, nə biz inkişaf edə bilərik, nə də cəmiyyətimiz".

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər