Astara rayon Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseyin kimya-biologiya müəllimi Şabala Əliyev vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 sentyabr tarixində verir.
Əməkdar müəllim Şabala Əliyev 66 yaşında, keçirdiyi qəfil infarktdan dünyasını dəyişib.
Qeyd edək ki, Şabala Şəfəqqət oğlu Əliyev 23 avqust 1957-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. 1983-cü ildən müəllimlik fəaliyyəti ilə məşğul idi. Onun bir çox savadlı kadrların yetişməsində müstəsna rolu olub.