Ölkə üzrə yağıntılar ən çox Lənkəran ovalığında müşahidə edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 noyabr tarixində Apa.az-a istinadən verir.
Burada yağıntının miqdarı 1158-1235 mm-dir. Bu haqda AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının cari ildə son iclasında bildirilib. Akademik Fəxrəddin Qədirov və Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Xəzərin səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillərdən danışaraq iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansı komponentləri, iqlimə, dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik, tektonik amillər və digər məsələlərə aydınlıq gətiriblər. Həmçinin Azərbaycanın dəniz sahili ərazilərinin müasir və gözlənilən iqlim şəraiti haqqında geniş məlumat təqdim ediblər.
Qeyd edək ki, ölkə üzrə ən az yağıntı Abşeron yarımadası və adalarda qeydə alınır (114-291 mm).