Lənkəranda yerləşən “O biri otaq”da “Örtülü bazar yarmarka” adlı yarmarka keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində verir.
Belə ki, 30 sentyabr və 1 oktyabr tarixlərində keçiriləcək yarmarkada öz məhsullarını satacaq şəxslər axtarılır.
Yarmarkaya öz əl işlərinizi, kitablarınızı və bişirdiyiniz yeməkləri gətirə bilərsiniz.
Yarmarkaya 28 sentyabra qədər 050 531 92 94 nömrəsi ilə əlaqə saxlayaraq qoşula bilərsiniz.