Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Lənkəran rayonunda vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində verir.
Qəbul zamanı sakinlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 20-26 sentyabr tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.