top
Mürəbbə yeyib evi taladılar, sonra da yandırdılar
06 yanvar 2026, 04:10
- ↺ +

Mürəbbə yeyib evi taladılar, sonra da yandırdılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran rayonunda ikimərtəbəli yaşayış evində yanğın baş verib.

Cenublu.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə başlayan yanğın qısa müddətdə ətrafa yayılıb.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti tərəfindən yanğın söndürülüb, alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Ev sahibi bildirib ki, yanğın baş verən vaxt ailənin 5 üzvü ilə birlikdə Bakı şəhərində olub. Yaxınlarının zəngi ilə hadisədən xəbər tutan ailə Lənkərana qayıdıb. Evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığı məlum olub. Ev sahibinin iddiasına görə, naməlum şəxslər evə oğurluq məqsədilə daxil olub, mətbəxdə mürəbbə yeyiblər və daha sonra evi yandırıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, yanvarın 6-da Göyşaban kəndində yerləşən yaşayış evindən oğurluq edilməsi və daha sonra həmin ünvanda yanğın baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, yanğın nəticəsində ev sahibinə təxminən 30 min manat məbləğində maddi ziyan dəyib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Oxşar xəbərlər