70 saylı Masallı Şəhər Seçki Dairəsindən seçilən deputat Məşhur Məmmədov YAP-nin Masallı rayonunda yerləşən inzibati binasında seçiciləri qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.
Qəbulda 17 vətəndaş iştirak edib. Vətəndaşların problemlərini dinləyən millət vəkili onların həlli istiqamətində köməklik göstərəcəyini bildirib.