top
Mehmandarovun dəvəti ilə Lənkəranda məktəb açan elm fədaisi
16 fevral 2025, 01:00
- ↺ +

Mehmandarovun dəvəti ilə Lənkəranda məktəb açan elm fədaisi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda ilk dəfə "Üsuli cədid" adlı məktəb, "Fövcül füsəha" ədəbi məclisi yaradan elm fədaisi, şair Mirzə İsmayıl Qasiri tanıyaq. 

Azertag.az Mirzə İsmayılın heç də rəvan keçməyən həyat yolundan yazıb.

Mirzə İsmayıl Qasir 1805-ci ildə indiki Ağdaş rayonunun Ləki kəndində dünyaya gəlib. Qasirin əsli Cənubi Azərbaycandandır. Yeddi yaşı olanda atası dünyasını dəyişib, anası ikinci dəfə ailə qurduqdan sonra onlar Şamaxıya köçüb və orada yaşayıblar.

Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə bildirir ki, Qasir yeniyetmə yaşlarında, Təbrizdə təhsil aldığı illərdə artıq fars dilində şeirlər yazmağa başlayıb. Təhsilini başa vurduqdan sonra isə Vətənə qayıdıb və Cəlilabad-Biləsuvar zonasında sərhəd-gömrük məntəqəsi üzrə tərcüməçi vəzifəsində çalışıb. 1840-cı ildən 1850-ci ilə qədər sözügedən vəzifədə işləyib.

Bəzi mənbələrə görə, Mirzə İsmayıl Qasir sərhəd məntəqələrinin birində İran şahının vəziri ilə görüşüb. Qasir vəzirin şahmat oyununu çox sevdiyini bildiyi üçün onun çadırına gedərkən özü ilə şahmat taxtası aparır. Şahmat oynamamışdan öncə vəzirlə şərt kəsir ki, oyunu udsa, vəzir ona at bağışlayacaq. Çünki o, Biləsuvardan Lənkərana dayısına baş çəkmək üçün dağ yolu ilə piyada gedərdi. Beləcə, Qasirə uduzan vəzir ona at bağışlayır və o, bundan sonra Lənkəranda yaşayan dayısına baş çəkmək üçün atla gedib-gəlir.

XIX əsrin ortalarında Lənkəranda yaşayan tanınmış şəxslərdən biri də Sadıq bəy Mehmandarov (general Səməd bəy Mehmandarovun atası) olub. 

Mehmandarov Lənkəranda dövrünün tanınmış hüquqşünaslarından idi. Mirzə Qasirlə Sadıq bəy Mehmandarov gömrük məntəqəsində tanış olublar. Qasir Mehmandarovla görüşlərində məktəb yaratmaq istədiyini deyir və o da şairi Lənkəranda işləməyə dəvət edir. Mirzə İsmayıl Qasir Lənkərana gəldikdən sonra Sadıq bəy Mehmandarov öz mülkünü ona ayırır. Mirzə bu mülkdə Lənkəranda ilk dəfə “Üsuli cədid” adlı məktəb yaradır. Bu məktəbdə ana dili ilə bərabər rus və fars dilləri, ədəbiyyat tədris edilir, təbiət və digər elmlərdən ibtidai məlumat verilirdi.

1930-cu illərdə molla, bəy və ya xan titullarını daşıyan insanlar repressiyaya məruz qalıblar. Eləcə də uzun illər hətta Qasirin adını çəkmək belə qadağan edilib. Professor Yədulla Ağazadə deyir ki, buna görə Qasirin külliyyatı da uzun zaman öyrənilməmiş qalıb. Yalnız Stalinin ölümündən sonra şairin yaradıcılığı geniş şəkildə öyrənilməyə başlanılıb.

Qeyd edək ki, Mirzə İsmayıl Qasirin Lənkəranın Sütəmurdov kənd qəbiristanlığındakı məzarı ötən əsrin 70-ci illərində bərpa olunub və qəbrinin üstünə büstü qoyulub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Oxşar xəbərlər