top
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Bu gün, 13:01
- ↺ +

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib.

Cenublu.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasından məlumat verilib.

Məlumatda bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilməlidir.

Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində çap mediası və ya onlayn mediada dərc edilmiş, müəllifi olduğu və şərikli müəlliflik əsasında yaradılmamış bir yazını aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim etməlidir:

– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı publisistik məqalə (köşə yazısı);
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.

Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində audiovizual mediada yayımlanmış, hazırlanmasında jurnalist kimi iştirak etdiyi, xronometrajı 5 (beş) dəqiqədən çox olmayan bir süjeti aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim etməlidir:

– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı sosial-iqtisadi reportaj;
– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.

Materialların qiymətləndirilməsi Media və Yayım Şurası tərəfindən cəlb edilmiş müvafiq sahədə bilik və təcrübəyə malik, müsabiqənin nəticələrində birbaşa və ya dolayı marağı olmayan 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Yeni qaydalara əsasən müsabiqəyə təqdim olunan materialın məzmunu ilə yanaşı, jurnalistin müraciətini təqdim edənədək bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi, həmin materialla birbaşa əlaqəli və onu dərhal müəyyən etməyə imkan verən paylaşımlar (foto, video, audio, infoqrafika və s.) da qiymətləndirilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 27 noyabr 2026-cı il 18:00 tarixinədək davam edəcək.

"Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları" ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:35

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

Bütün xəbərlər
Bu gün, 16:25

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb

Bütün xəbərlər
Bu gün, 15:30

Astarada balıqçılıq və sitrusçuluğun inkişafı istiqamətində işlər genişləndirilir

Bütün xəbərlər
Bu gün, 14:20

LDU-da meydançaların qurulmasına başlanılır

Kriminal
Bu gün, 13:46

Toyda rəqs üstündə DAVA: saxlanılan var

Bütün xəbərlər
Bu gün, 12:24

Keçmiş DİM sədri BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yaydı

Bütün xəbərlər
Bu gün, 11:39

Sabirabadda avtomobilin vurduğu piyada 20 gün sonra öldü

Faydalı
Bu gün, 11:04

Atasının sırıqlısı ilə instituta gedən astaralı qocaman PEDAQOQ

Bütün xəbərlər
Bu gün, 10:03

Lənkəranlı Şuşa fatehimizin ad günüdür

Kriminal
Bu gün, 09:17

Sabirabadda yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qarakənd faciəsinin 35-ci ildönümüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür

Kriminal
Dünən, 16:40

Bu ilin 10 ayı ərzində 6 tondan çox narkotik vasitə məhv edilib

İdman
Dünən, 15:54

"2027-ci ilin sonuna qədər UFC reytinqinə düşməyi hədəfləmişəm" - UFC döyüşçümüz Tahir Abdullayevin MÜSAHİBƏSİ

Bütün xəbərlər
Dünən, 15:20

Astarada yüksəkgərginlikli elektrik dirəyi aşıb, dörd baş qaramal tələf olub

Bütün xəbərlər
Dünən, 14:50

Şəhidin adını daşıyan küçə yağışdan sonra keçilməz olur - VİDEO

Bütün xəbərlər
Dünən, 14:15

Azərbaycanın "gov.аz" seqmentinə qarşı kiberhücumlar var - DTX-nin rəis müavini

Bütün xəbərlər
Dünən, 13:40

Masallıda tanınmış güləşçi vəfat edib

Bütün xəbərlər
Dünən, 13:05

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:58

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Bütün xəbərlər
Dünən, 11:21

Sabirabadda kişi bıçaqlandı: gəlini saxlanıldı

İdman
Dünən, 10:40

Şəhid Vüsal Kazımovun xatirəsinə boks turniri keçiriləcək

Oxşar xəbərlər