top
Keçmiş DİM sədri BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yaydı
Bu gün, 12:24
- ↺ +

Keçmiş DİM sədri BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yaydı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

Bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

"Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.

Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm.

1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdığımız günləri yaxşı xatırlayıram. O vaxt bu, bizim üçün həm yenilik idi, həm də çətin bir iş. Sonralar da belə işlərdən çəkinmədik. İstəyirdik ki, ölkənin harasında yaşamasından asılı olmayaraq, hər kəs imtahanın qaydalarını aydın bilsin, lazım olan məlumatı özü tapa bilsin və nəticəsinə etibar etsin. Bu işə hamımız könlümüzü qoyduq.

İlk illərdən yanımda olan həmkarlarıma da, son illərdə bizə qoşulanlara da ürəkdən təşəkkür edirəm. Yeni həmkarlarımızın "Bunu başqa cür edə bilərikmi?" sualı ilə başlayan neçə söhbətimiz sonradan birgə gördüyümüz işə çevrildi. İllərin təcrübəsi ilə onların həvəsi bir araya gələndə mən özüm də çox şey öyrəndim. Sizinlə işləməkdən həmişə zövq almışam. Bu gün bunu bir daha demək istədim.

Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.

Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.

İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm", - paylaşımda qeyd olunub.



Qeyd edək ki, ötən gün Məleykə Abbaszadə Prezident İlham Əliyev Sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:35

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

Bütün xəbərlər
Bu gün, 16:25

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb

Bütün xəbərlər
Bu gün, 15:30

Astarada balıqçılıq və sitrusçuluğun inkişafı istiqamətində işlər genişləndirilir

Bütün xəbərlər
Bu gün, 14:20

LDU-da meydançaların qurulmasına başlanılır

Kriminal
Bu gün, 13:46

Toyda rəqs üstündə DAVA: saxlanılan var

Bütün xəbərlər
Bu gün, 13:01

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib

Bütün xəbərlər
Bu gün, 11:39

Sabirabadda avtomobilin vurduğu piyada 20 gün sonra öldü

Faydalı
Bu gün, 11:04

Atasının sırıqlısı ilə instituta gedən astaralı qocaman PEDAQOQ

Bütün xəbərlər
Bu gün, 10:03

Lənkəranlı Şuşa fatehimizin ad günüdür

Kriminal
Bu gün, 09:17

Sabirabadda yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qarakənd faciəsinin 35-ci ildönümüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür

Kriminal
Dünən, 16:40

Bu ilin 10 ayı ərzində 6 tondan çox narkotik vasitə məhv edilib

İdman
Dünən, 15:54

"2027-ci ilin sonuna qədər UFC reytinqinə düşməyi hədəfləmişəm" - UFC döyüşçümüz Tahir Abdullayevin MÜSAHİBƏSİ

Bütün xəbərlər
Dünən, 15:20

Astarada yüksəkgərginlikli elektrik dirəyi aşıb, dörd baş qaramal tələf olub

Bütün xəbərlər
Dünən, 14:50

Şəhidin adını daşıyan küçə yağışdan sonra keçilməz olur - VİDEO

Bütün xəbərlər
Dünən, 14:15

Azərbaycanın "gov.аz" seqmentinə qarşı kiberhücumlar var - DTX-nin rəis müavini

Bütün xəbərlər
Dünən, 13:40

Masallıda tanınmış güləşçi vəfat edib

Bütün xəbərlər
Dünən, 13:05

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:58

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Bütün xəbərlər
Dünən, 11:21

Sabirabadda kişi bıçaqlandı: gəlini saxlanıldı

İdman
Dünən, 10:40

Şəhid Vüsal Kazımovun xatirəsinə boks turniri keçiriləcək

Oxşar xəbərlər