top
Masallının Mollahəsənli kənd məktəbi qəzalı vəziyyətdədir
03 mart 2023, 23:10
- ↺ +

Masallının Mollahəsənli kənd məktəbi qəzalı vəziyyətdədir

Masallı rayonu Mollahəsənli kənd məktəbinin şagirdləri İkinci Dünya müharibəsindən qalan məktəb binasında təhsil alırlar. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində Space TV-yə istinadən verir.

Belə ki, adıçəkilən kənd məktəbi 1943-cü ildə tikilərək istifadəyə verilib. Şəhid Rasim Əliyevin adını daşıyan təhsil ocağı hazırda qəzalı vəziyyətdədir. Binada günü-gündən çatlar artır. Binanın dam örtüyü çökmək üzrədir. Valideynlər isə mövcüd vəziyyətdən narazıdırlar.

247 şagirdin təhsil aldığı məktəbin isidilməsi üçün hələ də odun sobalarından istifadə olunur.

Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov məsələ ilə bağlı bildirib ki, yeni məktəb binasının tikiləcəyi ilə bağlı aidiyyəti üzrə məlumat verilib. “Növbəti mərhələdə dövlət proqramına uyğun olaraq, Mollahəsənli kənd tam orta məktəbi üçün yeni məktəb binasının tikilməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.

Qeyd edək ki, son 5 ildə Masallı rayonunda 11 məktəb binası tikilib, 24 məktəbdə təmir işləri aparılıb. Hazırda rayonunun Qəzvinoba kənd ümumi orta məktəbi üçün 180 yerlik, Sarıcəfərli kənd ümumi orta məktəbi üçün isə 96 nəfərlik məktəb binalarının inşaları davam edir.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Bu gün, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Bu gün, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Bu gün, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Bu gün, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Bu gün, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Bu gün, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Bu gün, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Bu gün, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Bu gün, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Bu gün, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Oxşar xəbərlər