Masallının Köçəkli kəndində talvar alovlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 200 kv.m olan talvarın yanar konstruksiyaları alışıb və altına yığılan ot bağlamalarının 22 tonu yanıb. Ot bağlamalarının qalan 18 tonu alovdan mühafizə edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.