Masallı rayonunun Şərəfə kəndi ərazisində qazlaşdırılma işlərinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində Masallı Xəbərləri-nə istinadən verir.
Belə ki, kəndin qırx ev adlanan yeni yaşayış massivinin qazlaşdırılması işlərinə başlanılıb və ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub.
Qeyd edək ki, Sığdaş inzibati dairəsi üzrə nümayəndəliyin ərazisində ucqar dağ relyefli olan Ninalov kəndinin qazlaşdırılması işləri artıq tamamlanıb.
Xatırladaq ki, Sığdaş ərazisində Sığdaş, Xanalion və Babaküçə kəndləri 2017-ci ildə qazlaşdırılıb.